Mingəçevir Dövlət Universitetində sessiya imtahanları davam edir

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində sessiya imtahanları davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11.12.2018-ci il tarixli F-792№li əmrinin icrası ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə 14 dekabr 2018-ci il tarixdə 185№li müvafiq əmr imzalamışdır.  

Qeyd edək ki, imtahan sessiyasında bakalavr təhsil pilləsi üzrə, əyani və qiyabi təhsil formasında 24 ixtisas üzrə təhsil alan 1856 nəfər tələbə tərəfindən 512 imtahan, o cümlədən, Pedaqoji fakültə üzrə 607 nəfər tələbə 140, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 871 tələbə 240, Mühəndislik fakültəsi üzrə isə 378 tələbə 132 imtahan verəcəklər. Magistr təhsil pilləsində 12 ixtisas üzrə təhsil alan 70 nəfər magistrant tərəfindən tədris planına uyğun olaraq, 119 imtahan, o cümlədən Pedaqoji fakültə üzrə 39 nəfər tələbə 55, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 11 tələbə 18, Mühəndislik fakültəsi üzrə isə 20 tələbə 46 imtahan verəcəklər.

İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fənnlər üzrə müəllimlər təyin edilir.

Rektor tərəfindən təyin edilmiş nümayəndələrdən başqa, kənar şəxslərin imtahan keçirilən auditoriyalara daxil olmasına icazə verilmir. Nəzarətçi müəllimlər imtahan başlamazdan əvvəl imtahanda nəzarətçi qismində təyin olunduqları barədə məlumatlandırılır, təlimatlandırılır və imtahanlara buraxılır.

Rektor tərəfindən imtahanların keçirilməsi zamanı mütəmadi müəyyən taktiki dəyişiklər edilir ki, bu da şəffaflığın təmin edilməsinə şərait yaradır. Həmçinin, imtahan sessiyasında ictimai nəzarəti təmin etmək məqsədilə valideynlərin və KİV nümayəndələrinin imtahanlarda iştirakına maneəsiz şərait yaradılır. Tələbələr arasında imtahanların gedişi barədə anonim sorğular aparılır.

Həmçinin, imtahan prosesi zamanı sakitliyi təmin etmək üçün tərtib olunmuş cədvələ uyğun olaraq, müəllimləedən ibarət növbətçilik təşkil olunur.

Tələbələrin, valideynlərin və digər şikayətçilərin rəhbərlik ilə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt” də yaradılmışdır.

İmtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün Apelyasiya Komissiyası yaradılmışdır.

Universitetdə hər gün imtahanlar başlamazdan əvvəl ötən günün imtahan nəticələri barədə təhlil və müzakirələr aparılır. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllimlər və nəzarətçilər qarşısında ciddi tələblər qoyur, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verir. Pedaqoji heyəti maraqlandıran suallara, məsələlərə aydınlıq gətirilir.

Qeyd edək ki, imtahanlar yazılı şəkildə həyata keçirilir. İmtahan biletləri “Kredit sistemilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilb. Tələbələrin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı, yəni 50 balı tələbənin semestr ərzindəki fəaliyyətinə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. Əsasnaməyə uyğun olaraq tələbələrin fənn üzrə imtahanlarda toplayacağı minimum bal 17-yə bərabərdir.

İmtahanın gedişində digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq, kitabdan, mühazirə konspektlərindən, mobil telefon və digər texniki vasitəlrdən istifadə etmək, imtahan biletini və cavab kartlarını təhvil vermədən auditoriyadan çıxmağa icazə verilmir. İmtahanlara auditoriyalarda quraşdırılmış veb kameraların vasitəsilə də nəzarət edilir. İmtahan prosesi 2 saat davam edir.

Qeyd edək ki, imtahan sessiyası fevralın 1-də başa çatacaq.

{phocagallery view=category|categoryid=108|limitstart=0|limitcount=0}