Mingəçevir Dövlət Universitetində gənc yazarla görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində gənc yazarla görüş keçirilib

 

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc yazar Emil Xanlarovla görüşüb.

Görüş zamanı E.Xanlarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Xalqın xidmətçisi” kitabının bir nüsxəsini rektora təqdim edib. Kitabda 44 günlük Vətən Müharibəsi, şanlı Qələbə və ondan sonrakı dövrlərdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisələrdən, müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti və qətiyyətli addımlarından, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçmiş qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən bəhs edilir.

Müəllifi təbrik edən Ş.Bayramov gənclərin, o cümlədən tələbələrin vətənə, xalqa və dövlətə bağlı layiqli vətəndaş kimi yetişməsinə töhfə baxımından dərc edilən kitabın əhəmiyyətindən danışıb. Möhtərəm Prezidentimizin sayəsində ölkəmizdə yeni inkişaf mərhələsinin başlanmasından ətraflı bəhs edən rektor müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildiriən E.Xanlarov MDU-nun modernləşdirilməsi istiqamətində həyata keçirilən işləri yaxından izlədiyini diqqətə çatdırıb.

{phocagallery view=category|categoryid=604|limitstart=0|limitcount=0}