Mingəçevir Dövlət Universitetinin rektoru İqtisadiyyat və idarəetmə fakültəsinin fəal tələbələri ilə görüşüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru İqtisadiyyat və idarəetmə fakültəsinin

fəal tələbələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov İqtisadiyyat və idarəetmə fakültəsinin aktiv tələbələri ilə görüşdə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq olunması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Ş.Bayramov Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyətinin potensialının tədris prosesinin məzmununun təkmilləşdirilməsinə imkan verdiyini və bu məsələdə tələbələrin də fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Ali təhsilin inkişafı və gənclərə qayğı sahəsində uğurlu dövlət siyasətindən bəhs edən rektor tələbələri yaradılan imkanlardan faydalanmağa, yaxşı təhsil almağa və universitetin ictimai həyatında yaxından iştiraka dəvət edib. Ş.Bayramov İqtisadiyyat fakultəsində təhsil alan tələbələrin gələcəkdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib, ixtisas fənləri ilə yanaşı müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəməyin və xarici dilləri öyrənməyin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Rektor tələbə təşkilatlarının fəaliyyəti, müxtəlif idman bölmələrinin təşkili, tələbələrin dünya görüşünün inkişaf etdirilməsi və universitetin nizam-intizam qaydalarına riayət edilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə tələbələrin ingilis dilinin tədrisi, appelyasiya komissiyası, sərbəst işlər, dərsə davamiyyət, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və digər məsələlər barədə təklifləri dinlənilib və müvafiq qeydlər aparılıb.

{phocagallery view=category|categoryid=189|limitstart=0|limitcount=0}