Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin Xl elmi konfransı keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin Xl elmi konfransı keçirilib

2021-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Nizami Gəncəvi İli” və “Elm Günü”nə həsr edilmiş XI elmi konfransı keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi və “Elm günü”nün təsis edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarını diqqətə çatdırıb və bununla bağlı MDU-da çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda son dövrdə universitetdə tələbələrin elmi tədqiqat fəaliyyətinə daha aktiv cəlb olunması üçün geniş imkanların yaradıldığı qeyd edilib, onların elmi potensialının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından sözügedən konfransın əhəmiyyəti vurğulanıb.

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Günay Əhmədova “Nizami Gəncəvi “Xəmsə”sində əxlaq tərbiyəsi məsələləri” mövzusunda (elmi rəhbər: müəl. Sevinc Səmədova), Cəmilə Məmmədova “Nizami Gəncəvinin psixoloji görüşləri” mövzusunda (elmi rəhbər: müəl. Nərgiz Həsənova), Çinarə Mehralıyeva “Nizami ədəbi irsinin ideya davamçıları” mövzusunda (elmi rəhbər: b.m. Günel Yunusova), Pərvin Qocayeva “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyaların tərənnümü (Vilyam Şekispir yaradıcılığı ilə müqayisəli təhlil əsasında)” mövzusunda (elmi rəhbər: müəl. Xədicə Əliyeva), Sahibə Şərifova “Nizami Gəncəvinin riyazi görüşləri” mövzusunda (elmi rəhbər: müəl. Leyla İsmayılzadə), Leyla Verdizadə “Bərabərsizliklərin isbatının bəzi üsulları” mövzusunda elmi rəhbər: b.m. Vaqif Abdullayev), Vüqar Talıbov “Müasir dövrdə Azərbaycan Respublikasının geosiyasi inkişaf xüsusiyyətləri” mövzusunda (elmi rəhbər: b.m. Mətanət Yusifova məruzələr ilə çıxış ediblər.

Müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb. Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi mütəfəkkir Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə miras qalan əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs edilib.

Qeyd edək ki, MDU-da “Nizami Gəncəvi İli” və “Elm günü” çərçivəsində həyata keçirilən silsiləvi tədbirlərdə tələbələrin fəal iştirakına xüsusi əhəmiyyət verilir və bu istiqamətdə onların təşəbbüskarlığının dəstəklənməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=538|limitstart=0|limitcount=0}