Mingəçevir Dövlət Universitetinin tələbələrinə “Sabahın sahibkarları” layihəsinin icrasına dair təlim keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbələrinə “Sabahın sahibkarları”

layihəsinin icrasına dair təlim keçirilib

 

Mingəçevir Dövlət Universitetində tələbə-gənclərə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi “Sabahın sahibkarları” layihəsinin icrasına dair təlim keçirib. Təlimin məqsədi sahibkar gənclərin, o cümlədən yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin bilik və bacarıqlarının artırılması, onların fəaliyyətlərinə dəstək verilməsi, müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılmasından ibarətdir.

Təlimçi Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə layihə çərçivəsində gənclər üçün sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları, firmanın idarə edilməsi, marketinqin əsasları, kommersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması, reklam işinin təşkili, ölkədə sahibkarlıq fəaliyyəti ilə məğul olmaq üçün hansı hüquqi-normativ sənədlərin lazım olduğu və hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında geniş təlim keçmişdir.

Təlimçi Rövşən Nəcəfov isə “İnsan Mühəndisliyi” proqramı üzrə təlim keçib. Təqdimat zamanı tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr aparılıb.

Rövşən Nəcəfov bildirib ki, “İnsan mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təilimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və social iş xidmətlərini təqdim edir. Tədbir geniş disskusiya xarakteri daşıyıb. Tələbələr Rövşən Nəcəfovdan onları maraqlandıran suallara cavab axtarıblar.    

{phocagallery view=category|categoryid=198|limitstart=0|limitcount=0}