Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

 

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Pərvin Əhmədov ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva da iştirak ediblər.

Adlı təqaüdün hər semestr imtahan sessiyasının nəticələrinə və həmkarlar ittifaqında fəallığına görə ali təhsil müəssisəsinin tələbələrinə verildiyini qeyd edən rektor P.Əhmədovun əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib.

Respublika üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 63 universitet tələbəsindən biri olmağı mühüm uğur kimi dəyərləndirən Ş.Bayramov bu münasibətlə P.Əhmədovu təbrik edib və ona tələbə həyatında yeni-yeni uğurlar arzulayıb.

Universitet adına qazanılan uğurdan məmnunluğunu ifadə edən P.Əhmədov pandemiya dövrünün çətinliklərinə baxmayaraq tələbə gənclərə göstərilən davamlı dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə ATİAHİ tərəfindən təsis olunan adlı təqaüdə layiq görülən P.Əhmədov 2020/2021-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasında bütün fənlər üzrə 100 ball toplayaraq ən yüksək nəticəni əldə edib, MDU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Həmkarlar Təşkilatının işində fəal iştirak edib.

{phocagallery view=category|categoryid=590|limitstart=0|limitcount=0}