Mühəndislik fakültəsi
Mühəndislik fakültəsi 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 nömrəli qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı yaradıldıqda filialda “Energetika” fakultəsi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə onun adı dəyişdirilərək “Energetika və mexanika”, 2016-cı il sentyabr ayından fakültə yenidən formalaşıb və Mühəndislik fakültəsi adlandırılıb.
Mühəndislik fakültəsi Mingəçevir Dövlət Universitetinin tədris, elm və inzibati bölməsi olmaqla, öz fəaliyyətini “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Ali Təhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsi, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, Təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 793 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültəsi haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə qurmuşdur.
Fakültə Elmi Şurası haqqında
Fakültə Elmi Şurası fakültənin ali idarəetmə orqanı olub, 15 nəfər üzvdən ibarətdir. Azərbaycan Respublikasının təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 794 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında əsasnamə”yə uyğun olaraq, 8 nəfəri tutduqları vəzifələrinə görə, 7 nəfəri isə gizli səsvermə yolu ilə fakültə Elmi Şurasına daxil edilmişlər.
Elmi Şura üzvləri:
| 1 | Əliyeva Almaz Əli qızı | dekan (EŞ sədri) |
| 2 | Abdurahmanova Asudə Məmmədəli qızı | dekan müavini |
| 3 | İsmayılov Mahir Balaca oğlu | kafedra müdiri |
| 4 | Mustafayeva Aidə Mübariz qızı | kafedra müdiri |
| 5 | Yusifova Təranə Firqət qızı | kafedra müdiri |
| 6 | İsrafilova Elmira Nəriman qızı | Dosent |
| 7 | Mehdiyev Məhyəddin Sadıq oğlu | Dosent |
| 8 | Süleymanova Liliya Çingiz qızı | baş müəllim |
| 9 | Tağıyev Elçin Nağı oğlu | HT sədri |
| 10 | Kərimov Qaragöz Kərim oğlu | fakültə HT sədri |
| 11 | Musayev Sabir İmran oğlu | fakültə THT sədri |
| 12 | Həsənov Əfqan Natiq oğlu | fakültə TEC sədri |
| 13 | Qasımlı Nicat Vüsal oğlu | fakültə TGT sədri |
| 14 | Əsədova Məryəm Yahuzər qızı | elmi katib |
Fakültənin strukturu
Fəaliyyət dövrü ərzində fakültənin nəzdində müxtəlif sayda və adda kafedralar olmuş, bu kafedralarda müxtəlif ixtisaslar üzrə ali təhsilli mühəndis kadrları hazırlanmışdır.
Hazırda fakültənin tabeliyində aşağıdakı 4 ixtisas kafedrası fəalliyyət göstərir:
- Energetika (kafedra müdiri dos.K.S.Eyyubova)
- Mexanika (kafedra müdiri dos.M.B.İsmayılov)
Təbiət elmləri (kafedra müdiri dos.T.F.Yusifova)
Fakültə dekanı

Almaz Əliyeva
texnika elmləri namizədi
dosent
Əməkdaşlar

Asudə Abdurrahmanova
dekan müavini
asuda.abdurrahmanova@mdu.edu.az

Sevinc Məmmədova
sevinc.mammadova@mdu.edu.az

Lətafət Yolçuyeva
latafat.yolchuyeva@mdu.edu.az

İradə İsmayılova
irada.ismayilova@mdu.edu.az
Xəbərlər
MDU-da Qəzənfər Əliyevin elmi və ictimai fəaliyyətinə həsr olunmuş yubiley tədbiri keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsində uzun illər müəllim və Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışmış Qəzənfər Əliyevin
Mingəçevir Dövlət Universitetinin tələbələri Yevlaxda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Regional Şöbəsində səfərdə olublar
17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, 050632-Nəqliyyat mühəndisliyi ixtisası
Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfransın canlı bölmə iclasları keçirilib
17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və İKSAD İnstitutu (Türkiyə) tərəfindən təşkil olunan "XII Beynəlxalq Avrasiya tətbiqi
Mingəçevir Dövlət Universitetində İnteraktiv lövhə və rəqəmsal tədris texnologiyalarının tətbiqi mövzusunda təlim keçirilib
15 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “İnteraktiv lövhə və rəqəmsal