MDU-da karyera təlimi: Müsahibəyə hazırlıq

2022-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib.

Təlimdə Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədova təqdimatla çıxış edərək müsahibəyə hazırlıq zamanı diqqət yetirilməli məqamlar, bədən dili və davranış qaydaları haqqında məlumat verib. Sonra, müsahibə prosesindən praktiki nümunələr göstərilib və tələbələrin sualları cavablandırılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.