You are currently viewing MVA məcburi köçkünlərin peşə ehtiyaclarını araşdırır

MVA məcburi köçkünlərin peşə ehtiyaclarını araşdırır

  • Post category:MDU xəbərləri

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Mingəçevir Dövlət Universitetinin informasiya yardımı ilə gerçəkləşir

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi sentyabr ayının əvvəlindən  “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsinə başlayıb və mövcud fəaliyyət Mingəçevir, Bərdə və Ağdam bölgələrini əhatə edəcək.

 

Bu barədə MVA İB-nın prezidenti və layihə rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun açıqlamasına görə, köçkünlərin məskunlaşdığı 3 bölgədə qayıdış ərəfəsində məşğulluqla bağlı müzakirələr aparılacaq: “Yerli icmalarla görüşəcək, köçkünlərin peşə ehtiyaclarını öyrənəcək və aidiyyatı qurumlara təkliflər hazırlayacağıq. Bu da peşələri olmayan köçkünlərin ehtiyaclarına uyğun təlimlərə cəlb olunmasında hökumət və QHT-lərin imkanlarını artıracaq. Müzakirə zamanı əvvəlki layihə dövründə hazırladığımız “Biz qayıdırıq”, “Dönüş nöqtəsi” və “Sülh göyərçini” sənədli filmlərindən birini də nümayiş etdirəcəyik”.

 

F.Nəbiyev onu da vurğulayıb ki, bu dəfə “Mən yurduma köçürəm” adlı üç hissəli sənədli filmin çəkilişi, təqdimatı və yayımı da nəzərdə tutulub. 

 

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Mingəçevir Dövlət Universitetinin informasiya yardımı ilə həyata keçirilir.