MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu Naxçıvan Günəş Elektrik Stansiyası arasında universitet-sənaye inteqrasiyası, dayanıqlı və yaşıl enerji istiqamətində tətbiqi tədqiqat imkanları müzakirə edilib

2026-cı ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu ilə Naxçıvan Günəş Elektrik Stansiyası arasında (GES) universitet-sənaye inteqrasiyası, dayanıqlı və yaşıl enerji istiqamətində tətbiqi tədqiqat imkanlarının müzakirəsi ilə bağlı görüş keçirib.

Görüşdə dayanıqlı enerji sahəsində elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi, yaşıl texnologiyalar üzrə praktiki bilik və bacarıqların inkişaf etdirilməsi, həmçinin tələbə və gənc tədqiqatçıların real istehsalat mühitinə inteqrasiyası məsələləri müzakirə olunub.

Naxçıvan GES-də baş tutan görüşdə Mingəçevir Dövlət Universitetini Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun direktoru Ruhiyyə Hüseynova, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov, Daxili nəzarət şöbəsinin müdiri Həmidə Zeynalzadə və İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə təmsil ediblər.

Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə energetika və dayanıqlı inkişaf istiqamətlərində magistrantların dissertasiya mövzularının istehsalat yönümlü tədqiqatlarla əlaqələndirilməsi, gənc alim və tədqiqatçılar üçün məlumat və texniki resurslara çıxış imkanlarının yaradılması, energetika ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin və texniki ekskursiyalarının təşkili məsələləri diqqət mərkəzində olub.

Görüş zamanı Ruhiyyə Hüseynova universitetdə formalaşdırılan dayanıqlı inkişaf və yaşıl transformasiya yanaşmaları çərçivəsində bərpa olunan enerji, enerji səmərəliliyi və ekoloji məsuliyyət istiqamətlərində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə məlumat verib. Bu kontekstdə elmi biliklərin real istehsalat mühiti ilə inteqrasiyası, yaşıl texnologiyalar üzrə tədqiqat potensialının gücləndirilməsi və gənclərin innovativ enerji həlləri sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Naxçıvan GES-in direktoru Fərid Səfərov müəssisənin fəaliyyəti, regionun enerji təhlükəsizliyinin təmin olunmasında rolu və bərpa olunan enerji istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, stansiya Naxçıvan Muxtar Respublikasında yaşıl enerji siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, alternativ enerji mənbələrinin geniş tətbiqi, ekoloji dayanıqlılığın gücləndirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində strateji funksiyalar yerinə yetirir.

Görüş zamanı stansiyanın gələcəkdə beynəlxalq enerji və yaşıl transformasiya layihələrində iştirak perspektivləri, innovativ enerji həllərinin tətbiqi və bu istiqamətdə elmi-tədqiqat əməkdaşlıqlarının genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb. Eyni zamanda energetika və mühəndislik istiqamətlərində təhsil alan tələbələrin istehsalat təcrübələrinin təşkili, gənc tədqiqatçıların real texnoloji proseslərlə tanışlığı və tətbiqyönümlü tədqiqatların aparılmasında stansiyanın imkanları yüksək qiymətləndirilib.

Görüş çərçivəsində iştirakçılar stansiyanın fəaliyyəti ilə yaxından tanış olub, günəş panellərinin idarəetmə və monitorinq sistemləri, enerji istehsalı prosesləri və texniki təhlükəsizlik mexanizmləri barədə məlumat əldə ediblər.

Tərəflər görüşün gələcəkdə dayanıqlı enerji və yaşıl texnologiyalar sahəsində ortaq tədqiqat layihələrinin, innovativ təşəbbüslərin və insan kapitalının inkişafına yönəlmiş əməkdaşlıq platformasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Qeyd edək ki, MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu dayanıqlı enerji, yaşıl texnologiyalar və tətbiqyönümlü elmi-tədqiqat istiqamətlərində universitet-sənaye əməkdaşlığının inkişafına yönəlmiş fəaliyyət həyata keçirir. Bu baxımdan Naxçıvan GES ilə keçirilən görüş gələcək əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli hesab olunur.