Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

 

2021-ci ilin 10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, xüsusi karantin rejimi dövründə tədris prosesinin məsafədən təşkilində göstərdikləri fəallığa görə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinə təşəkkürünü bildirib. Elektron resursların, xüsusilə də videodərslərin vaxtında tələbə və magistrantlara çatdırıldığını bildirən Ş.Bayramov universitetin Elmi Şurasının müvafiq qərarı ilə qəbul edilmiş “MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları”nın icra durumu barədə məlumat verib.

Semester ərzində tələbələrin biliyinin qiymətləndirilməsinin və kollokvium nəticələrinin qənaətbəxş olduğunu vurğulayan rektor 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq işlərinin başa çatdırıldığını diqqətə çatdırıb.

Mövcud karantin rejiminin tələbləri və məsafədən tədrisin reallıqları nəzərə alınmaqla tətbiq ediləcək güzəştlərdən danışan Ş.Bayramov qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın təmin olunmasının zəruriliyini bildirib. Bütün tələbələrə, xüsusilə də birinci kurs tələbələrinə həssas yanaşmanın vacibliyini vurğuayan rektor imtahan prosesi barədə müvafiq tövsiyyə və göstərişlər verib.

Səmərəli müzakirələrlə davam edən görüşdə professor-müəllim heyəti üzvləri yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər və mövcud qaydalar çərçivəsində imahan sessiyasının keçirilməsinə tam hazır olduqlarını bildiriblər. Görüşdə imtahanların təşkili ilə bağlı bir sıra texniki xarakterli suallara aydınlıq gətirilib.

{phocagallery view=category|categoryid=497|limitstart=0|limitcount=0}