Mingəçevir Dövlət Universitetində “Qadın liderliyi və idarəetmə bacarıqları” mövzusuna həsr olunan təlim təşkil edilib. Təlim universitetin İnsan Resursları şöbəsinin müdiri Nuralan Hüseyn tərəfindən keçirilib.
Təlim çərçivəsində iştirakçılara qadın liderliyinin mahiyyəti, idarəetmə bacarıqlarının inkişafı və müasir idarəetmə prinsipləri barədə geniş məlumat verilib. Qadınların idarəetmədə rolu, qərar qəbuletmə proseslərində fəallıq və təşkilati liderlik bacarıqlarının artırılması üzrə praktiki tövsiyələr təqdim olunub.
Təlim zamanı həmçinin effektli kommunikasiya, komanda idarəçiliyi, motivasiya və konfliktlərin həlli kimi mühüm bacarıqlar iştirakçıların diqqətinə çatdırılıb. Qadın liderlərin qarşılaşdıqları çağırışlar və bu çağırışların öhdəsindən gəlmək üçün strategiyalar müzakirə edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və gündəlik fəaliyyətlərdə tətbiq oluna biləcək praktiki tövsiyələr verilib. Təlim iştirakçıların liderlik və idarəetmə bacarıqlarının inkişafına töhfə verib.