Rektor Şahin Bayramovun Beynəlxalq Təhsil Günü təbriki
24 yanvar- Beynəlxalq Təhsil Günüdür.
Mingəçevir Dövlət Universiteti ailəsinin bütün üzvlərini təbrik edirəm.
Professor-müəllim və inzibati-texniki heyət üzvlərimizə yüksək ixtisaslı mütəxəssis hazırlığında, tələbə və magistrantlarımıza təhsildə və elmi fəaliyyətdə, məzunlarımıza isə karyera inkişafında yeni-yeni uğurlar arzulayıram.