Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr və magistrantlar!

COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 18 yaşa çatmış vətəndaşlarımızın peyvənd olunması davam edir.

Təqdirəlayiq haldır ki, bu günə qədər MDU əməkdaşlarının 92%-i peyvənd olunub, tələbə və magistrantlarımız da bu prosesə fəal qoşulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən 2021-ci il 1 sentyabr tarixindən etibarən bütün təhsil müəssisələri işçilərinin azı 80%-nin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Eyni zamanda, ali təhsil müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.

İndiyədək peyvənd olunmayan bütün əməkdaş, tələbə və magistrantlarımızı vaksinasiya prosesində fəal iştiraka, bununla da doğma universitetimizin auditoriyalarında ənənəvi təhsilə başlayacağımız günü birlikdə yaxınlaşdırmağa dəvət edirəm.

Peyvənd olunaq!

Tibbi maskadan istifadə edək!

Şəxsi gigiyena qaydalarına riayət edək!

COVID-19 infeksiyasına birlikdə qalib gələk!