Rektor Şahin Bayramovun Ramazan bayramı münasibətilə təbriki

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun Ramazan bayramı münasibətilə təbriki

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

11 ayın sultanı olan Ramazan bizi ədalətə, həmrəyliyə və mərhəmətə dəvət edir.

Vətən Müharibəsində qazandığımız Tarixi Zəfər bu il Ramazan bayramını sonsuz sevinc və böyük fəxarət hissi ilə keçirməyimizə vəsilə olub.

Əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması yolunda canından keçən bütün ŞƏHİDlərimizin əziz xatirəsini Ramazan bayramında dərin ehtiramla anırıq.

Tutduğunuz orucların və etdiyiniz duaların qəbul olunmasını arzulayır, Sizə və ailələrinizə firavanlıq diləyirəm.

Milli ali təhsilimizin inkişafına töhfə verməyə xidmət edən fəaliyyətdə Mingəçevir Dövlət Universiteti ailəsinin hər bir üzvünə yeni-yeni uğurlar arzulayıram.

Ramazan bayramınız mübarək olsun!