Rektor Şahin Bayramovun təbriki!

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun təbriki!

{mp4}tebrik{/mp4}

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim, inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.

Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Əsgərimizin sayəsində başa vurduğumuz 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı.

Hər birimiz 2021-ci ili Tarixi Qələbənin sonsuz sevinci və böyük fəxarət hissi ilə qarşılayırıq.

Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində Mingəçevir Dövlət Universitetinin bir qrup tələbə, məzun və əməkdaşı da fəal iştirak etdi.

Düşünürəm ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci il Mingəçevir Dövlət Universiteti üçün də uğurlu oldu. Bu uğurda Mingəçevir Dövlət Universiteti ailəsinin üzvü olaraq hər birinizin payı vardır.

2021-ci ildə nailiyyətlərimizin daha çox olacağına əminlik hissi ilə, yeni təqvim ilində Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və peşəkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

 

Hörmətlə,

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru