Rektor Şahin Bayramovun tələbə və magistrantlara müraciəti

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universitetinin əziz tələbələri və magistrantları!

İlk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Əsgəri tərəfindən əldə olunan tarixi qələbələr və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə hər birinizi təbrik edirəm!

Hər birimiz Böyük Qələbənin çox yaxında olmasına əminik və qəhrəman əsgərlərimizin yanındayıq!

Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlanılır.

Qeyd olunan tarixdən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) də bakalavriat və magistratura səviyyələrində (əyani təhsil alan tələbələr üçün) bütün ixtisaslar və kurslar üzrə tədrisin yenidən distant (məsafədən) formada təşkilinə start veririk.

MDU ailəsinin üzvü olan professor-müəllim və inzibati-texniki heyət üzvlərimiz tədris prosesinin lazımi səviyyədə təşkili üçün səfərbər olunub.

Hər birinizi dərslərdə fəal iştirak etməyə, müəllimlər tərəfindən təqdim olunan elektron resurslardan aktiv faydalanmağa, yarana biləcək texniki qüsurları həssaslıqla qarşılamağa və tələbə dostlarınıza mümkün dəstək göstərməyə dəvət edirəm.

İnanıram ki, COVID-19 səbəbindən yaranmış mövcud durumda göstərdiyimiz həmrəylik öz müsbət nəticəsini verəcək və dərslərə hamımız üçün doğma olan universitetimizin auditoriyalarında davam edəcəyik.

Məsafədən dərslərin məzmunu və qiymətləndirmə mexanizmi barədə əlavə məlumat dekanlıqlar tərəfindən təqdim olunacaqdır. Dərs cədvəllərini aşağıdakı müvafiq linklərdən əldə edə bilərsiniz.

Sizə dərslərinizdə uğurlar diləyirəm!

Ən əsası, hər birinizə tezliklə Böyük Qələbənin sonsuz sevincini yaşamağı arzulayıram!

#QarabağAzərbaycandır

#MDU #MingəçevirDövlətUniversiteti

http://mdu.edu.az/index.php/az/elanlar/1054-d-rs-dz-dv-li-pedagozhi-fak-lt

http://mdu.edu.az/index.php/az/elanlar/1053-d-rs-dz-dv-li-igtisadiyyat-fak-lt-si

http://mdu.edu.az/index.php/az/elanlar/1052-d-rs-dz-dv-li-m-h-ndislik-fak-lt-si

http://mdu.edu.az/index.php/az/elanlar/1051-d-rs-dz-dv-li-mazhistratura-s-viyy-si