You are currently viewing Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

  • Post category:MDU xəbərləri

Bu gün dəyərli həmkarlarımızla birlikdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə təşkil olunan 2021/2022-ci tədris ilinin yekunlarına dair mükafatlandırma tədbirində iştirak etdim.

Yüksək akademik nailiyyətlər qazanan və ciddi uğurlara imza atan region gəncləri ilə görüşmək çox xoş oldu.

Parlaq gələcəyinə əmin olduğum istedadlı gəncləri, onların müəllimlərini və valideynlərini yerləşdiyimiz regionun yeganə ali təhsil müəssisəsi olan Mingəçevir Dövlət Universiteti adından təbrik etdim.

MDU ailəsinin üzvünün övladının və mənim də məzunu olduğum doğma Liseyin məzununun region birincisi olması xoş təəssürat yaratdı. Dəvətə görə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri hörmətli Elçin Kərimova təşəkkür edirəm.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0RLsjyopdZiJQfLzt4vLpnrHFiFWTtu9pomhPD3FtsLUqmS7jRghw2vMNfrFJG22gl&id=100063831514918