You are currently viewing Rektor Şahin Bayramovun Bilik Günü təbriki

Rektor Şahin Bayramovun Bilik Günü təbriki

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin dəyərli üzvləri!

Bu gün 2023/2024-cü tədris ilinə start veririk.

Bu münasibətlə Sizi ürəkdən təbrik edirik.

Əminik ki, MDU-nun strateji hədəflərinə çatmaq yolunda növbəti nailiyyətlərə birgə imza atacağımız yeni tədris ili hər biriniz üçün uğurlu olacaqdır.

MDU ailəsinin daimi üzvləri olan tələbələrimiz, magistrantlarımız, məzunlarımız, akademik və inzibati-texniki heyətimiz bizim üçün dəyərdir.

Bu dəyəri qorumaq və gücləndirmək, eləcə də potensial imkanlarımızı MDU-nun hərtərəfli inkişafı üçün səfərbər etmək başlıca vəzifəmizdir.

Yeni tədris ilində MDU-da tələbə və magistrant həyatına başlayan gəncləri ayrıca təbrik edirik.

YENİ TƏDRİS İLİMİZ MÜBARƏK OLSUN!

Bilik Günündə MDU-nun 6 ŞƏHİD məzununun əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!