2025-ci ilin 27 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil alan İS23.1 qrupunun tələbələri, Pedaqogika və psixologiya kafedrasının müəllimləri Nadir Rəsulov və Aytəkin Kərimovanın rəhbərliyi ilə Mingəçevir şəhərində yerləşən “Mingəçevir Dövlət Rəsm Qalereyasında”nda “Bir cəmiyyətdə rəngarəng perspektivlər” mövzusunda tədris eksursiyası həyata keçirmişlər.
Ekskursiyanın məqsədi tələbələrin təsviri incəsənət sahəsində biliklərini artırmaq, onların estetik zövqünü inkişaf etdirmək və yerli rəssamların yaradıcılığı ilə yaxından tanış etmək idi.
Qalereyada müxtəlif janrlarda işlənmiş rəsm və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirildi. Tələbələr əsərlərin mövzusu, kompozisiya quruluşu, rəng həlli və ideya məzmunu haqqında məlumat aldılar. Eyni zamanda, sərgilənən işlər üzərində müzakirələr aparıldı və tələbələr öz fikirlərini sərbəst şəkildə ifadə etdilər.
Qalereya mühiti onların estetik duyumunu gücləndirir, incəsənətə daha həssas yanaşma formalaşdırır və bədii düşünmə qabiliyyətini genişləndirir. Eyni zamanda, sərbəst fikir mübadiləsi və əsərlərin təhlili tələbələrdə özünəinam hissini artırır, tənqidi və analitik düşüncə bacarıqlarını inkişaf etdirir.
Sonda qeyd etmək olar ki, təşkil olunan ekskursiya tələbələr üçün faydalı və maarifləndirici oldu və gələcəkdə bu tip tədbirlərin davam etdirilməsi məqsədəuyğun hesab edilir.