sosial təqaüd proqramları
“Fəxri Təqaüd” Təqaüd proqramı – Məbləğ 500 AZN
Tələblər: Təqaüdə Mingəçevir Dövlət Universitetində əyani təhsil alan bakalavriat və magistratura səviyyəsində tələbələr namizəd ola bilər.
Namizəd aşağıdakı meyarlara cavab verməlidir:
- cari semestr üzrə yüksək akademik göstəriciyə malik olmalı;
- akademik borcu olmamalı;
- təhsil aldığı müddətdə intizam tənbehi almamış olmalı;
- dövlət təqaüdü almamalıdır (əgər proqramın məqsədi bu qrupa yönəlibsə).
Sosial İnklüzivlik və Təhsilə Çıxış Təqaüd proqramı- Məbləğ 300 AZN
Tələblər: Təqaüdə Mingəçevir Dövlət Universitetində əyani təhsil alan bakalavriat və magistratura səviyyəsində tələbələr namizəd ola bilər.
Kimlər müraciət edə bilər:
- Aztəminatlı ailələrdən olan tələbələr;
- Sosial yardım alan ailələrin üzvləri;
- Çoxuşaqlı ailələrin övladları;
- Valideyn himayəsindən məhrum şəxslər;
- Şəhid və qazi ailələrinin üzvləri;
- Əlilliyi olan şəxslər.
“ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNƏ XÜSUSİ TƏQAÜD PROQRAMI” – Məbləğ 300 AZN
Tələblər: Təqaüdə Mingəçevir Dövlət Universitetində əyani təhsil alan bakalavriat və magistratura səviyyəsində tələbələr namizəd ola bilər.
Kimlər müraciət edə bilər: Mingəçevir Dövlət Universitetində təhsil alan Şəhid və Qazi övladları (Təhsil alarkən ortalama min 75 olmalıdır)
Namizəd aşağıdakı meyarlara cavab verməlidir:
- cari semestr üzrə yüksək akademik göstəriciyə malik olmalı (min 75);
- akademik borcu olmamalı;
- təhsil aldığı müddətdə intizam tənbehi almamış olmalı;
- dövlət təqaüdü almamalıdır (əgər proqramın məqsədi bu qrupa yönəlibsə).