You are currently viewing MDU-da elmi-praktik seminar: Elmi əsərdə sisatgətirmə qaydaları

MDU-da elmi-praktik seminar: Elmi əsərdə sisatgətirmə qaydaları

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi əsərdə sitatgətirmə qaydaları” adlı elmi-praktik seminar keçirilib. Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup akademik heyət üzvü iştirak edib.

Təqdimat zamanı elmi əsərlərdə sitatgətirmə halları zamanı diqqət edilməli məqamlardan və sitatgətirmə qaydalarından bəhs edilib, ədəbiyyat siyahısının tərtibində sitatlara yer verilmə, elmi dürüstlük və digər məsələlərə toxunulub, iştirakçıların sualları cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, əməkdaşların tədqiqat bacarıqlarının artırılması və elmi fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə MDU-da müvafiq təlim və seminarların təşkili diqqət mərkəzində saxlanılır.