Mingəçevir Dövlət Universitetinin Biznes və menecment kafedrasının müəllimi Mirzəyeva Vüsalə tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində “Strateji planlaşdırma və performans idarəetməsi” mövzusunda Mingəçevir Gənclər Evində təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara strateji planlaşdırma və performans idarəetməsinin əsas anlayışları barədə ətraflı məlumat verilib. Mövzu gündəlik həyat, universitet mühiti və biznes strukturlarından real nümunələr əsasında izah olunaraq praktiki tətbiq imkanları diqqətə çatdırılıb.
Sonda iştirakçılarla interaktiv müzakirələr aparılıb, fikir mübadiləsi təşkil olunub və təqdim olunan biliklərin daha effektiv mənimsənilməsi təmin edilib.
Qeyd edək ki, bu cür təşəbbüslər tələbə və gənclərin strateji düşünmə bacarıqlarının inkişafına, idarəetmə sahəsində bilik və kompetensiyalarının artırılmasına mühüm töhfə verir.