Təhsil naziri rektorlarla onlayn görüşüb

  • Post category:Xəbərlər (AZ)

Təhsil naziri rektorlarla onlayn görüşüb

 

03.12.2020

www.edu.gov.az

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

Həmçinin ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.