Tələbələrə adlı təqaüdlər təqdim edilir

  • Post category:Xəbərlər (AZ)

Tələbələrə adlı təqaüdlər təqdim edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018–2019-cu tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini bildirib, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. AHİK-in sədri dövlətimizin başçısı İlham Əliyevin elm, təhsil sahəsi ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətini diqqətə çatdırıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən danışan Səttar Möhbalıyev respublikamızda elmin, təhsilin, idmanın və gənclərin inkişafına geniş imkanlar yaradıldığını qeyd edib, AHİK-in fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur. Hər il aztəminatlı ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin edilir. ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. İndiyədək ali məktəblərdə təhsil alan 2 min 270 tələbə bu təqaüdə layiq görülüb. Gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili üzrə reallaşdırılan tədbirlər barədə fikirlərini bildirən Səttar Möhbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara tövsiyələrini verib, uğurlar arzulayıb. Sonra Bakı, Mingəçevir, Gəncə, Lənkəran və digər şəhərlərdəki ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.

Qeyd edəki ki, bu il Mingəçevir Dövlət Universitetindən Adlı təqaüdə Pedaqoji fakültənin II tədris ili, AƏ17 saylı qrup tələbəsi Rəsulzadə Nigar Səyavuş qızı layiq görülüb. Nigar əlaçı olmaqla yanaşı Tələbə Həmkarlar İttifaqının və ümumiyyətlə, universitetin ictimai işlərində yaxından iştirak edən fəal, təşkilatçı tələbələrindən biridir.

{phocagallery view=category|categoryid=129|limitstart=0|limitcount=0}