Bakıdakı Rus evində Mingəçevir Dövlət Universiteti və Tümen Dövlət Universiteti arasında əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib.
Rus evinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, imzalanma mərasimini Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov açıb. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək, ali məktəblər arasında imzalanan sazişin gənclər layihələrinin həyata keçirilməsi və təhsil proqramlarının mübadiləsi üçün əhəmiyyətini vurğulayıb.
Tədbirdə Moskva, Sankt-Peterburq, Kazan, Vladiqafqaz və Həştərxanda fəaliyyət göstərən Rusiya universitetlərinin nümayəndələri iştirak ediblər.