MDU-da təhsildə saxtakarlığa qarşı mübarizə ilə bağlı maarifləndirmə işlərinə başlanılıb

  • Post category:MDU xəbərləri

2023-cü il mayın 15-də Mingəçevir Dövlət Univeristetində ilə  Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru və Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən  göndərilən  Avropa Şurası Nazirlər Komitəsi 13 iyul2022-ci il tarixində Təhsildə saxtakarlığa qarşı mübarizəyə dair 18 nömrəli tövsiyyə sənədinin (CM-2022) müzakirəsi ilə əlaqədar görüş küeçirildi. Görüş məlumatlandırmaxarakteri daşıuırdı. MinəgşevirDövlət Univeristetinin Tədris Şöbəsinin müdiri Ü. Zeynalov çıxış edərək bildirdi ki, univerisitetin bütün struktur bölmə rəhbərləri və əməkdaşlarına adıçəkilən sənəd  Azərbaycan dilinə tərcümə olunaraq çatdırılmışdır və məlumatlanması Tədris Şöbəsi tərəfindən təmin olunmuşdur. Burada toplaşmağımızın əsas məqsədi ki, Avropa Şurası Nazirlər Kabineti tərəfindən 13 iyul 2022-ci ildə Nazir Müavinlərinin 1440-cı iclasında qəbul edilmiş 13 iyul2022-ci il tarixli Təhsildə saxtakarlığa qarşı mübaiuzəyə dair 18 nömrəli sənədin (CM-2022) məzmunu haqqında  univeristetin professor- müəllim heyətini və inzibati əməkdaşların bu haqda məlumatlandırılmasını təmin etməkdən və əməkdaşları maraqlandıran suallaracavab verməkdən ibarətdir. Ü.Zeynalov qeyd etdi ki, bu Tövsiyə sənədi Avropa Şurasına üzv dövlətlər və Şərq Əməkdaşlığı dövlətləri arasında təhsil saxtakarlığına qarşı mübarizədə kömək etmək, təhsildə etika, şəffaflıq və dürüstlüyü təşviq etmək və dəstəkləmək, onlara bütün tələbələrin təhsil hüququnu təmin etməkdə kömək etmək məqsədi daşıyır. Avropa Şurasının Təhsildə Etika, Şəffaflıq və Dürüstlük Platformasının (ETINED) aşağıda adları çəkilən prinsiplərini  görüş iştirakçılarına çatdırdı.

(I)           aşağıda müəyyən edildiyi kimi, diplom “fabriklərinin”, akkreditasiya “fabriklərinin”, viza “dəyirmanlarının”, esse “dəyirmanlarının” və esse “banklarının” fəaliyyəti;

(II)          qeydiyyatdan keçmiş şagirdin yerində proqramın bir hissəsi kimi tələb olunan hər hansı işi və ya qiymətləndirməni tam və ya qismən yerinə yetirməklə şəxsiyyətə çevrilməsi;

(III)         orijinal sənədlərdən qeyri-qanuni  istifadə;

(IV) plagiat;

(V) plagiat və ya saxta sənədlərin hazırlanması və ya istifadəsi;

(VI) Başqasını aldatmaq niyyəti ilə tanınmamış və ya akkreditə olunmamış ixtisasların təklifi. “Fırıldaqçı təhsil xidməti təminatçılarına” akkreditasiya fabrikləri, diplom fabrikləri, esse dəyirmanları, esse bankları və viza dəyirmanları daxildir, istər müstəqil, istərsə də daha böyük müəssisələrin bir hissəsi.

Məsələ barədə iclas iştirakcılarının suallarına cavab verildi, geniş müzakirələr aparıldı. Qeyd olundu ki, fakültələrdə məslə ilə bağlı görüşlər planlaşdırılmışdır.