MDU-da elmi-praktik seminar: “Təbiət elmlərinin həyatımızda rolu”

2023-cü il mayın 15-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçlığı ilə “Təbiət elmlərinin həyatımızda rolu” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə Yusibova və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan seminarın tələbələrin elmi fəaliyyətə marağının artırılması işinə töhfə məqsədi daşıdığını bildirib və iştirakçılara uğurlar arzulayıblar.

Sonra T.Yusibovanın moderatorluğu ilə tələbələrin məruzələri dinlənilib. Mühəndislik fakültəsinin tələbələrindən Nigar Hüseynova “Bigbang nəzəriyyəsi”, Fatimə Əbilova “İnsan orqanizminin elementar tərkib hissəsi”, Səma Yusifli “Molekulyar fizikanın xarakteristikası”, Sevinc İsmayılova “Kvant fizikasının bugünü və gələcəyi”, Fatimə Paşayeva “Möcüzələr aləminin sirləri” mövzusunda məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra seminar tələbələrin təqdimatında bir sıra kimyəvi təcrübələrin nümayiş etdirilməsi ilə davam edib.

Qeyd edək ki, ˝Heydər Əliyev İli˝ çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir