20 Oktyabr Azərbaycanda Energetiklər Günüdür!

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Energetiklər Günü ilə bağlı təbrik paylaşımı edib

20 Oktyabr Azərbaycanda Energetiklər Günüdür!

Bu münasibətlə “Azərbaycan İES” MMC, “Mingəçevir SES Silsiləsi” MMC və Mingəçevir Regional Elektrik Şəbəkəsi əməkdaşlarının timsalında bütün energetikləri Mingəçevir Dövlət Universiteti (MDU) ailəsi adından təbrik edirik.

Şərəfli və məsuliyyətli fəaliyyətlərində energetiklərimizə yeni-yeni uğurlar arzulayırıq!

Əlamətdar gün münasibətilə, MDU-nun Energetika kafedrasının professor-müəllim və inzibati-texniki heyət üzvlərini, eləcə də energetika profilli ixtisaslarda təhsil alan tələbə və magistrantlarımızı da təbrik edirik!

Əziz energetiklər! Peşə bayramınız mübarək olsun!

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru