MDU tələbələri məktəblilərlə birgə Riyaziyyat gecəsi keçiriblər

  • Post category:Riyaziyyat / Təhsil

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin ˝Riyaziyyat müəllimliyi˝ ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər 7 saylı tam orta məktəbin altıncı sinif şagirdləri ilə birgə “Riyaziyyat bütün elmlərin açarıdır” adlı Riyaziyyat gecəsi təşkil ediblər. Tədbirdə hər iki təhsil müəssisəsinin pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbirdə şagird və tələbələr tərəfindən riyaziyyat elminin önəmini əks etdirən müxtəlif səhnəciklər nümayiş etdirilib, maraqlı məlumatlar təqdim edilib, musiqi və şeirlər səsləndirilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.