Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Timoşoara Politexnik Universiteti akademik və inzibati heyət üzvlərinin mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başlayır.
Mübadilə Mingəçevir Dövlət Universiteti (MDU) və Timoşoara Politexnik Universiteti arasında “Erasmus+” proqramı çərçivəsində imzalanmış ikili saziş əsasında həyata keçiriləcək.
Proqramda iştirak etmək üçün tələblər aşağıdakılardır:
– İngilis dili biliyi (minimum B2 səviyyədə)
– Akademik istiqamətin uyğunluğu
– Motivasiya məktubu
– Tövsiyə məktubu
– Digər sənədlər.
Son müraciət tarixi: 10 noyabr 2022
Ətraflı məlumat üçün MDU-nun Beynəlxalq əməkdaşlıq ofisi ilə əlaqə saxlamaq olar (iro@mdu.edu.az).