MDU-da təlim: Elmi məqalələrin yazılması qaydaları

2024-cü ilin 25 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDU) təşkilatçlığı ilə Qazi Universitetinin bu ali təhsil müəssisəində fəaliyyət göstərən qonaq professoru Cemal Yılmazın təqdimatında “Elmi məqalələrin yazılması qaydaları” mövzusunda təlim keçirilib.

Təlimdə MDTM-da təhsil alan I və II kurs magistrantlar iştirak ediblər.

Təlimdə professor C.Yılmaz elmi məqalələrin yazılması ilə bağlı təlimin əhəmiyyətini vurğulayaraq, belə maarifləndirici tədbirlərin gənc tədqiqatçıların beynəlxalq indeksli jurnallarda məqalələrinin dərci üçün böyük önəm kəsb etdiyini bildirib.

Bununla yanaşı, təqdimatda elmi məqalə nədir, necə yazılır, məqalənin daha səmərəli formada ərsəyə gətirilməsi üçün nələr edilməlidir kimi suallara aydınlıq gətirilib, eyni zamanda, elmi məqalənin strukturu haqqında ətraflı məlumat verilib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.