MDU-da növbəti ustad dərsi: “İş həyatında effektiv ünsiyyətin vacibliyi”

  • Post category:Beynəlxalq

2024-cü il fevralın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının Türkiyə Cumhuriyyətinin Özelleştirme İdaresi Başkanlığının dəstəyilə növbəti ustad dərsi keçirilib.

Hibrid formada keçirilən ustad dərsində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Dərsə onlayn qatılan Türkiyə Cumhuriyyətinin Özelleştirme İdaresi Başkanlığında Basın ve Halkla İlişkiler Daire Başkanı Muhammed Demiralp “Çalışma hayatında etkili iletişim stratejileri” (“İş həyatında effektiv ünsiyyət strategiyaları”) mövzusu ilə bağlı təqdimatla çıxış edib.

O, bildirib ki, günlük həyatımızda və ya iş mühitində sağlam və təsirli ünsiyyət qura bilmək əldə edilən uğurların açarıdır. Çünki doğru ünsiyyət effektiv insan münasibətlərinin təməlidir. Effektiv Ünsiyyət Strategiyaları və Bədən Dili təlimi sayəsində, təsirli ünsiyyətlə bərabər, sözsüz ünsiyyətlə bədən dilini öyrənmək mümkündür.

Muhammed Demiralp seminar zamanı tələbələrə gələcək iş həyatında lazım olacaq bilgilər verməklə, ünsiyyətdə dolğun və təsirli effekt yarada bilmək üçün bəzi strategiyalarla zəif bacarıqları qüvvətləndirməyin üsullarını izah edib.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, ünvanlanan suallar cavablandırılıb.