Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib
2026-cı ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetində “1918-ci il mart hadisələri: tarixi faktlar və reallıqlar” mövzusunda elmi konfrans keçirilib.
Mingəçevir Dövlət Universitetinin kollektivi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Şəhidlər Xiyabanını ziyarət edib
2026-cı ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərliyi ilə universitetin akademik və inzibati heyəti, tələbə və
Ehtiramın davamlılığı, dəyərlərin yaşadılması: Mingəçevir Dövlət Universitetindən şəhid ailələrinə bayram ziyarəti
2026-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin kollektivi tərəfindən Novruz və Ramazan bayramları münasibətilə şəhid ailələri ziyarət olunub. Ziyarətlər
Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib
2026-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Mingəçevir şəhər