Vətənpərvərlik
Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Hərbi Qənimətlər Parkına ekskursiyası və Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.
Xəbərlər
Ehtiramın davamlılığı, dəyərlərin yaşadılması: Mingəçevir Dövlət Universitetindən şəhid ailələrinə bayram ziyarəti
2025-cı ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetinin kollektivi tərəfindən Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub. Ziyarətlər çərçivəsində Azərbaycan
Turizm Könüllüləri Təşkilatı Mingəçevir Dövlət Universitetində təqdimat keçirib
5 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Turizm Könüllüləri Təşkilatı (TKT) tərəfindən təqdimat keçirilib. Tədbirdə Turizm Könüllüləri İctimai Birliyinin
Mingəçevir Dövlət Universiteti (MDU) tələbələri “8 noyabr Zəfər Günü” nə həsr olunmuş hərbi ekskursiyada iştirak edib
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi “8 Noyabr - Zəfər Günü” nə həsr olunmuş ekskursiyada iştirak edərək N saylı
Mingəçevir Dövlət Universitetində (MDU) “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş “Qəhrəmanını tanı” adlı tədbir keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) “8 noyabr Zəfər Günü” nə həsr olunmuş “Qəhrəmanını Tanı” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər