Beynəlxalq səviyyəli tədqiqatçı MDU əməkdaşlarına seminar keçib

  • Post category:Beynəlxalq

2024-cü il yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) beynəlxalq səviyyəli müstəqil tədqiqatçı Soner Şahan tərəfindən “Vizyoner kimlik” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor və müəllimləri iştirak edib.

Seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov öncə iştirakçıları salamlayıb və Türkiyədən qonaq qismində gələn beynəlxalq səviyyəli tədqiqatçı Soner Şahanı təqdim edib və gələcəkdə görüləcək birgə fəaliyyətlər haqqında məlumat verib. Müasirləşən cəmiyyətdə əmək bazarının tələblərinin dəyişdiyini və hər bir fərdin bu tələblərə uyğunlaşmalı olduğunu bildirən rektor iştirakçıları seminardan maksimum faydalanmağa dəvət edib.

Sonra S.Şahan təqdimatla çıxış edib.

Təqdimat zamanı uğurun əldə edilməsində hədəf və məqsədlərin təyin edilməsi, şəxsi və korporativ maraqların uyğunlaşdırılması, özümüzə və cəmiyyətə faydalılığın artırılması, uğursuzluqlarla mübarizə aparılması, zamanın düzgün idarə edilməsi və şəxsiyyətin formalaşması barədə məlumat verilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda suallar cavablandırılıb, müzakirələr aparılıb.