MDU kollektivi “Soyqırım” abidə kompleksini və Xocalıdan olan məcburi köçkün ailələrini ziyarət ediblər

  • Post category:MDU xəbərləri

2023-cü il fevralın 25-də Mingəçevir Dövlət Universiteitnin (MDU) bir qrup akademik və inzibati heyət üzvü 26 Fevral – Xocalı Soyqırımı Günü münasibətilə Mingəçevir şəhərində “Soyqırım” abidə kompleksini ziyarət edib. Kollektiv üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Həmçinin, universitetin bir qrup kollektiv üzvü Mingəçevir şəhərində yaşayan Xocalıdan olan məcburi köçkün ailələrinə baş çəkiblər. MDU əməkdaşları ailə üzvləri ilə görüşdə soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyiblər.

Ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xocalı Soyqırımının otuz birinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə qeyd edilir.