Doktoranturaya və dissertanturaya yeni qəbul olan MDU əməkdaşları ilə görüş keçirilib

2022/2023-cü tərdis ilində MDU-nun Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov Azərbaycan Texniki Universitetində “Nəqliyyat sistemləri texnologiyası”, Humanitar fənlər kafedrasının müəllimlərindən Gülər Əjdərzadə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Vətən tarixi” ixtisası üzrə doktoranturaya, Şəlalə Quliyeva isə Gəncə Dövlət Universitetinə “Siyasi nəzəriyyə” ixtisası üzrə dissertanturaya qəbul olub.

2022-ci ilin oktyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov doktoranturaya yeni qəbul olan gənc əməkdaşlarla görüşüb.

Görüşdə gəncləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edən Ş.Bayramov universitetdə yüksəkixtisaslı elmi kadrlara təlabatın böyük olduğu bir şəraitdə onların bu addımlarını təqdirəlayiq hal kimi dəyərləndirib. MDU-nun müasirlşməsində innovativ düşüncəli və yüksək intellektli gənclərin mühüm pay sahibi olacağına əminliyini ifadə edən rektor universitetin gənc akademik heyət üzvlərinə doktorantura təhsilində, elmi və pedaqoji fəaliyyətdə uğurlar arzulayıb.

MDU-da əməkdaşların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan məmnunluqlarını bildirən görüş iştirakçıları göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.