Yubiley medalları ilə təltif olundular

  • Post category:Xəbərlər (AZ)

Yubiley medalları ilə təltif olundular

Mingəçevir şəhər İcra Hakimiyyətində iyulun 23-də keçirilən şura iclasından sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə bir qrup mingəçevirlinin dövlət mükafatları ilə təltif olunması haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli Sərəncam ilə dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini – Dini qurumlarla işin təşkilatçısı Əliyev Sahib Hümbət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin təbliğində fəal iştirakına və şəhərin ictimai-siyasi həyatında fəaliyyətinə görə Mingəçevir Dövlət Universitetinin rektoru Hacıyev Akif Novruz oğlu,  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İsmayılov İlham Mehdixan oğlu, Cavadov Mirzə Cavad oğlu və Kərimov Ramiz Məcid oğlu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilblər.

{phocagallery view=category|categoryid=173|limitstart=0|limitcount=0}