You are currently viewing Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc müəllimi, MDU-nun məzunu haqqında reportaj

Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc müəllimi, MDU-nun məzunu haqqında reportaj

ARB Televiziyası işğaldan azad edilən doğma torpaqlarımızda fəaliyyətə başlayan ilk təhsil müəssisəsi olan Zəngilan rayonu Ağalı kənd orta məktəbinin gənc müəllimi, Mingəçevir Dövlət Universitetinin (MDU) məzunu Şəmsiyyə Şəmsəddinova haqqında maraqlı reportaj hazırlayıb.

Reportaj müəllimin cəmiyyətimizin inkişafında oynadığı aparıcı rolu bir daha nümayiş etdirir və müəllimin cəmiyyətdəki nüfuzunun yüksəldilməsinin təhsil siyasətimizin əsas prioritetlərindən olduğunu göstərir.

Doğma Qarabağımızda həyatın bərpasında fəal iştirak edən Şəmsiyyə və onun kimi fədakar müəllimlərimizlə bir daha qürur duyduq!

Yolun daim açıq olsun, Əziz Məzunumuz!

MDU ailəsinin daimi üzvləri olan bütün məzunlarımızla fəxr edirik!

MDU yeni dövrün universitetinə çevrilir!