Mingəçevir Dövlət Universitetində “Zero Waste” fləşmobu keçirilib: Tələbələr arasında tullantıların azaldılmasına yönəlik çağırış

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetdə “Zero Waste” mövzusunda fləşmob təşkil olunub.

Tədbirin əsas məqsədi tullantıların azaldılması və davamlı istehlak mədəniyyətinin təşviqi istiqamətində ictimai maarifləndirmənin aparılması olub.

 Fləşmob çərçivəsində TGT fəalları tərəfindən universitet tələbələrinə məlumatlandırıcı bukletlər təqdim edilib, onlarla maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına və ətraf mühitin qorunmasına töhfə verir.