Mingəçevir Dövlət Universiteti

 vakant olan vəzifələri tutmaq üçün müsabiqə ELAN edir.

 

 

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274  saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı yaradıldı (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə filial Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 1335 saylı 24 iyul 2015-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılması haqqında sərəncam imzalanmışdır. Sərəncama əsasən Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırıq verilmişdir. Öz növbəsində Azərbaycan Respublikası Nazirlər Kabineti 242s saylı 31.07.2015-ci il tarixli müvafiq sərəncam imzalamışdır.

Onun yaradılmasında məqsəd regionda birinci olaraq innovasiya texnologiyalarından maksimum yararlanaraq regionun ehtiyaclarına uyğun kadr hazırlığının universallığını təmin edən, eyni zamanda yeni ixtisaslar üzrə kadrlara tələbatın ödənilməsi missiyasını şərəflə yerinə yetirən ali təhsil müəssisəsi formalaşdırmaq, Mingəçevir Politexnik İnstitutunda toplanmış müsbət təcrübə və ənənələri inkişaf etdirərək intelektul kapitalı gücləndirmək, ən təkmil və müasir tədris metodları və inkişaf strategiyalarını tətbiq edərək fəaliyyət sistemini təkmilləşdirməklə elm, təhsil və tərbiyə sahəsində yüksək mövqeyə nail olmaqdır.

Bu məqsədə çatmaq üçün universitetin 3 fakültə və 11 kafedrasında çalışan müxtəlif elm sahələri üzrə 5 nəfər elmlər doktoru, 53 nəfər fəlsəfə doktoru, o cümlədən 31 nəfər professor və dosenti 1500 tələbənin rəqabətqabiliyyətli, dünya standartlarına cavab verən və innovasiya texnologiyalarından bacarıqla istifadə edə bilən mütəxəssis kimi yetişməsinə xidmət edəcəkdir.

Universitet Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli əsas binadan və şəhərin mərkəzində digər bir ərazidə (II korpus) üçmərtəbəli daha iki binada yerləşir.

Universitetin əsas korpusunda sahəsi 3942,8 kv.m olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı vardır. Tədris prosesində eyni zamanda "Azərbaycan" İES MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20-30 yerlik auditoriyalardan istifadə olunur. Həmçinin, fizika, kimya laboratoriyaları, avtomobil, tərsimi həndəsə və mühəndis qrafikası, linqafon kabinetləri və digər tədris sahələri də müasir tələblərə uyğun formalaşdırılmışdır.

Universitetin II korpusuda yüksək səviyyədə təmir edilmiş pedaqoji ixtisas istiqamətində müxtəlif fənn kabinələri fəaliyət göstərir.

Universitetdə tədrisin təşkili və tələbələrin biliyinin qiymətləndirilməsi sistemi Avropa Kredit Transferi Sisteminin tələblərinə tam uyğunlaşdırılmış və təkmilləşdirilməsi daim davam etdirilir.

Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş universitetdə ayrıca İnformasiya Texnologiyaları Mərkəzi yaradılmışdır.

Bütün fakültələrin hər birində onlarla kompyuter olmaqla, bir neçə elmi-tədqiqat sinfi yaradılmış və müəllimlərlə təmin edilmişdir. Hər bir fakültənin kompyuter sinfində lokal şəbəkə yaradılmış və həmin kompyuterlərin MDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində MDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülmüşdür. MDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Kitabxana işinin kompyuterləşdirilməsi, elektron kataloqun yaradılması, kitab, jurnal və qəzet fondunun elektron kataloqa salınması istiqamətində işlər aparılır. Universitetin müasir çap maşınları və texnologiyalarla təchiz edilmiş nəşriyyatı fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, İnformasiya Texnologiyaları Mərkəzi “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasını əhatə edən bütün fənlərin, həmçinin, müxtəlif ixtisaslarda “İnformasiya kommunikasiya texnologiyaları”, “İnformatika”, “İnformatikanın əsasları”, “İnformatika və ekoloji proseslərin kompyuter analizi” və “Texniki informatika” fənnlərinin tədrisini təmin edir. Buradakı müasir avadanlıqlarla təchiz olunmuş, yüksək zövqlə tərtib edilmiş üç hesablama texnikası laboratoriyası və bir mühazirə auditoriyasında gün ərzində 48 akademik saat dərs keçmək mümkündür. Mərkəzdəki bütün kompüterlər naqilsiz şəbəkəyə qoşulmuşdur.

Universitetin beynəlxalq əlaqələri də prioritet istiqamətdədir. Universitetin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, tələbə-müəllim mübadiləsi və s. digər istiqamətləri özündə ehtiva edir. İNFİNİTY beynəlxalq transdistiplinar dostluq və əməkdaşlıq layihəsi çərçivəsində Erasmus Mundus proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət davam etdiriləcəkdir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. İNFİNİTY proqramı üzrə artıq bir neçə ildir ki, Portuqaliya, Çexiya, Sloveniya və Estoniya ilə əməkdaşlıq davam edir. 

Universitet 2002-ci ildən Respublikada Təhsilin İnkişafı Proqramına uyğun olaraq TEMPUS proqramı çərçivəsində “Azərbaycanda ali məktəblərdə müasir mühəndis təhsili” adlı layihəyə qoşulmuşdur. Müqavilə Köln Tətbiqi Elmlər Akademiyası ilə bağlanmışdır. Məqsəd əməkdaş ölkələrin ali məktəblərinin müəllim və dosentlərinin Avropanın müvafiq ali məktəblərində (Köln Tətbiqi Elmlər Akademiyası və Zuyd Tətbiqi Elmlər Universiteti) ixtisasartırma kurslarını keçməkdir.

2005/2006-cı tədris ilindən başlayaraq institutda TEMPUS layihəsi çərçivəsində Avropa standartlarına uyğun mühəndis kadrların hazırlanmasını təmin etmək üçün proqramın tələblərinə əsasən universitetin 6 əməkdaşı Almaniyada təcrübə keçmişdir.

İdman Sağlamlıq Kompleksində tələbələrin dərsdənkənar vaxtlarda idmanla məşğul olmalarına tam şərait yaradılmışdır. Burada idmanın bir çox növləri üzrə seksiyalar fəaliyyət göstərir. Tələbələrimiz Respublika səviyyəsində keçirilən yarışlarda müvəffəqiyyətlə çıxış edirlər. Sidney olimpiadasında boks üzrə bürünc medal qazanmış Vüqar Ələkbərov, Sambo üzrə Avropa çempionu olmuş Ruslan Rüstəmov məhz universitetimizin məzunlarıdır.

Universitetdə tələbə gənclərin vətənpərvərlik və milli dövlətçilik ruhunda tərbiyə edilməsi sahəsində ciddi iş aparılır. Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Debat Mərkəzi, Tələbə Həmkarlar Komitəsinin fəaliyyəti bu baxımdan diqqətə layiqdir.

haliyev

prezident

LeftBannSened

LeftBannHeFound2

LeftBannEbook1karabakh

facebookYouTube