Regionların sosial-iqtisadi inkişaf proqramı azad olunan ərazilərdə də realaşacaq
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransınının 4 saatdan artıq çəkməsi, həm də jurnalistlərin suallaını 4 dildə cavablandırması böyük əks-səda yaradıb.
2020-ci ildə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki əzəmətli qələbəsi Azərbaycanın nüfuzunu artırıb. Dövlətimizin başçısı müharibə dövründə xarici ölkələrin KİV-lərinə verdiyi müsahibələrində bizim öz ərazi bütövlüyümüzün təminatından başqa marağımızın olmadığıbı bildirirdi.
Azad olunmuş torpaqlara səfərləri zamanı Prezidentimiz ərazilərə baxış keçirərək görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bu torpaqlarda həyat yenidən bərpa ediləcək. Ərazilər minalardan təmizlənəcək, hər cür infrastruktur layihələr icra ediləcək. Jurnalistlərin azad olunmuş ərazilərlə bağlı suallarına aydınlıq gətirən dövlətimizin başçısı bildirib ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.
Şuşada aeroport inşa olunur, iki avtomobil yolu tikilir. Bu yollardan biri “Qələbə” adlandırılacaq, aran ərazidən keçən ikinci yol isə aeroportdan birbaşa gediş gəlişi təmin edəcək. Və bu yol xaricdən gələn azərbaycanlıların və başqa vətəndaşların bura gəlməsinə imkan yaradacaqdır.
Bu torpaqlarda müasir və yeni texnologiyalar quraşdırılacaq, yaşayış binaları inşa ediləcək, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikiləcək, körpülər salınacaqdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilmısi dost ölkələri sevindirib. Bu dövlətlər ərazilərdə həyata keçiriləcək quruculuq işlərində iştirak etməyə maraqlıdırlar. Çünki Azırbaycan illərdir ki, dünyanın böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir, beynəlxalq infrastruktur layihələrin reallaşmasında iştirak edir. Yəni Azərbaycanın nüfuzunun ilbəil artması iqtisadi əməkdaşlıqların genişlənməsinə yol açır. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Azərbaycanın bütün regionlarında 2004-cü ildən başlanmış iqtisadi inkişaf proqramının icra edilməsi imkan verir deyək ki, azad olunmuş ərazilərdə də genişmiqyaslı işlər görüləcəkdir. Ərazilərdə hava limanı inşa edilir, 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək, şəhərlərarası və kənd yolları asfaltlanacaqdır. Elektrik enerjisinin, içməli suyun çəkilməsi, digər kənd təsərrüfatı layihələri tezliklə icra olunmalıdır ki, həyat bərpa olunsun, bu torpaqların sakinləri doğma yurd yuvalarına qayıtsınlar. 30 ilə yaxın məcburi köçkün kimi müxtəlif bölgələrdə məskinlaşmış soydaşlarımızın sevincinin hüdudu yoxdur.
Ötən əstin doxsanıncı illərində ev eşiklərini məcburən tərk edən vətəndaşların bir qismi Mingəçevirdə məskunlaşıblar. Burada müxtəlif inzibati binalarda, məktəblərdə, uşaq bağçalarında, yaraqxanalarda yaşayan insanlar dövlətimizin qayğısı ilə əhatə ediliblər.
Ötən illər ərzində şəhərimizdə məcburi köçkünlər üçün üç qəsəbə inşa edilib. Lakin doğma yurda qayıtmaq istəyi onlarda daha böyükdür. Ata-baba yurdlarının azad edilməsini böyük sevinclə qarşılayan, bu vətən müharibəsində rəşadət göstərən qəhrəman döyüşçülərimizə sonsuz minnətdarləq ifadə edən insanlar ədalətin bərpa olunmasını Azərbaycanın böyük zəfəri hesab edirlər. Həmçinin dövlətimizin başçısının apardığı siyasi xətti, həm hərbdə, həm də masada qalib olduğunu fərəhlə təqdir etməklə dövlətimizin bundan sonra daha böyük iqtisadi uğurlara nail olacağına əmin olduqlarını bildirirlər. Torpaqlarımız uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirik, məkanları cənnət olsun. Onlar hər cür ehtirama layiqdirlər. Xalqımız onları heç bir zaman unutmayacaq. Çünki şəhidlərimiz bizə böyük qələbə bəxş etdilər, canları, qanları uilə işğal altında qalan torpaqları xlias etdilər.
Bəli, həyat davam edir. Çoxları düşünə bilər ki, aeroportlar təkcə Füzuli şəhərində tikiləcək. Hazırda ərazinin minalardan təmizlənməsi işləri gedir. Düşmənin basdırdığı minalar bəyanatdan sonra onlarla insanın həlak olmasına və yaralanmasına səbəb olub. Mətbuat konfransında qeyd olunub ki, Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilanın logistika mərkəzinə çevrilməsi üçün Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Əvvəldən də kənd təsəərrüfatı bölgləri olan bu torpaqlarda kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.
Dediyim kimi, xarici dövlətlər bu bölgələrdə layihələr icra etmək istəklərini bildiribləır. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb.
30 ilə yaxın torpaqlarından qovulan, çətin şəraitdə yaşayan bu torpaqların sakinləri üçün əlıverişli şərait yaradlılacaq. Ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasına başlanılıb. Zəngilanın 3 kəndində – birinci, ikinci və üçüncü Ağalı kəndlərində bu layihələr həyata keçiriləcək. Lazım olan infrastruktur yaradılacaq, əkin sahələri bərpa edilıcəkdir. Burada fərqli pilot layihələrin gerçəkləşməsi də ola bilrər.
Hər kəs gördü ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi əsas vəzifə həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunlar şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə baş tutacaq.
Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramlarının bir qismi bu il həyata keçiriləcək. Layihələr infrastruktur layihələridir. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir. Azərbaycanın inkişaf yolu çoxsahəlidir. Yetmiş il Sovet imperiyasının tərkibində olan, müstəqillik əldə etdikdən sonra öz sərvəti sayəsində heç kimin təzyiqi olmadan böyük infrastruktur layihələr raallaşdıran, 30 ilə yaxın düşmən əsarətində qalan torpaqlarını azad etməklə böyük qələbəni əldə edən qüdrətli dövlətimiz bundan sonra ardıcıl olaraq müvəffəqiyyətlərə imza atacaq. Həm iqtisadi, həm də sosial sahədə əldə olunan nailiyyətlər bunu deməyə əsas verir. Azərbaycan xalqının istəyi də budur, azad və müstəqil, nüfuzlu bir ölkənin sakini kimi biz buna əminik.
Mətanət MƏMMƏDOVA,
“Tərəqqi”medallı jurnalist