Mingəçevir Dövlət Universitetində məişət zorakılığına qarşı maarifləndirici seminar keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetində məişət zorakılığına qarşı mübarizə mövzusunda elmi-praktik seminar təşkil olunub. Tədbir Mingəçevir Dövlət Universiteti, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Akademik-inzibati heyət üzvləri, tələbə və magistrantların iştirak etdiyi seminarın təşkilində əsas məqsəd cəmiyyətin bu həssas problemə qarşı məlumatlılığını artırmaq, hüquqi və sosial mexanizmlər barədə maarifləndirməni gücləndirmək olub.

Seminarda MDU-nun Hüquqşünası Polad Atayev “Məişət zorakılığının növləri, mübarizənin hüquqi bazaları”, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvü Qorxmaz Abbaszadə “Məişət zorakılığının qarşısının alınması sahəsində yerli icra hakimiyyəti orqanlarının həyata keçirdiyi tədbirlər”, Mİngəçevir şəhər Polis şöbəsinin baş inspektoru, polis kapitanı Qoşqar Əhmədli “Profilaktika və marrifləndirmə: Zorakılığın qarşısının alınmasında DİO əməkdaşlarının fəaliyyəti” və MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Gültəkin Knyazova “Məişət zorakılığının qurbanlarına psixoloji dəstək və reabilitasiya yolları” mövzusunda çıxışlar edərək bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda məişət zorakılığının yaratdığı sosial və psixoloji fəsadları əks etdirən videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.