You are currently viewing Yaşıl İnkişafdan Qlobal Əməkdaşlığa: Ekoloji Sanitariya və İnfrastruktur üzrə Beynəlxalq Təlim

Yaşıl İnkişafdan Qlobal Əməkdaşlığa: Ekoloji Sanitariya və İnfrastruktur üzrə Beynəlxalq Təlim

  • Post category:Beynəlxalq

Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən “Ekoloji sanitariya və yaşıl infrastruktur” mövzusunda Səmərqənd Dövlət Universitetinin tələbələri üçün təlim keçirilib.

Təlim çərçivəsində ekoloji sanitariyanın əsas prinsipləri, su və tullantı idarəçiliyinin müasir yanaşmaları, eləcə də şəhər və kampus mühitində yaşıl infrastrukturun rolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sağlam ekosistemlərin qorunması və resurslardan səmərəli istifadə dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

Təlim zamanı yaşıl infrastrukturun tətbiqi istiqamətində innovativ həllər, yağış sularının idarə olunması, təbii filtrasiya sistemləri və ekoloji cəhətdən təhlükəsiz sanitariya yanaşmaları müzakirə edilib. Eyni zamanda, bu sahədə beynəlxalq təcrübə və uğurlu modellər iştirakçılara təqdim olunub.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələr mövzu ətrafında aktiv müzakirələr aparıb, suallar ünvanlayıb və ekoloji yanaşmaların praktik tətbiqi ilə bağlı fikir mübadiləsi ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bu kimi təşəbbüslər bilik və təcrübə mübadiləsinin genişlənməsinə, gənclərin qlobal ekoloji çağırışlara həssas yanaşmasının formalaşdırılmasına və davamlı inkişaf dəyərlərinin təşviqinə xidmət edir.