04.03.2026-cı il tarixində Mingəçevir Gənclər Evində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar və kompüter savadlılığı” mövzusunda təlim keçirilib. Təlim Sustainable Development Goals çərçivəsində müəyyən edilmiş 1-ci məqsədə – yoxsulluğun azaldılmasına xidmət edir və iştirakçıların rəqəmsal bacarıqlarının inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tədbirin moderatoru Məryəm Əsədova çıxış edərək qeyd edib ki, müasir dövrdə rəqəmsal bacarıqların inkişafı insanların əmək bazarında rəqabət qabiliyyətini artırır, yeni məşğulluq imkanları yaradır və fərdlərin rəqəmsal cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.
Təlim proqramı çərçivəsində aşağıdakı mövzular üzrə çıxışlar təqdim olunub:
“Rəqəmsal Bacarıqların Formalaşmasında MS Office Proqramları” – Səadət Aslanova (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi)
“Hardware, Software və Brainware Bacarıqları” – Elgiz Mahmudov (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi)
“Rəqəmsal Texnologiyalar: Aİ və veb platformaların təhsildə effektiv istifadəsi” – Gülay Bəhramova və Məleykə Heydərova (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimləri)
“Freelance və remote işlər üçün rəqəmsal hazırlıq” – Əziz Əmiraslanov (Mingəçevir Dövlət Universitetinin əməkdaşı)
Çıxışlarda rəqəmsal savadlılığın artırılması, müasir proqram təminatından istifadə bacarıqları, süni intellekt və veb platformaların təhsil prosesində tətbiqi, eləcə də distant və freelance iş imkanlarına hazırlıq kimi aktual mövzular geniş şəkildə müzakirə olunub.
Təlimin əsas məqsədi iştirakçıların rəqəmsal bacarıqlarını inkişaf etdirməklə onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır.