Mingəçevir Dövlət Universitetində akademik məqalələrin yazılmasına dair təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Akademik məqalələrin yazılması və məntiqi struktur prinsipləri” mövzusunda təlim təşkil olunub.

Təlimdə universitetin Elmi tədqiqat və innovasiya şöbəsinin müdiri Ramil Həsənov təqdimatla çıxış edərək akademik yazı qaydaları, elmi məqalələrin struktur xüsusiyyətləri, məntiqi ardıcıllıq və tədqiqat nəticələrinin düzgün təqdim olunması prinsipləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, akademik məqalələrin hazırlanmasında düzgün strukturun qurulması, elmi üslubun qorunması və mənbələrdən səmərəli istifadə tədqiqatın keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Təlimdə universitetin akademik və inzibati heyət üzvləri iştirak edib. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və praktiki tövsiyələr təqdim olunub.

Belə təlimlərin təşkili universitetdə elmi fəaliyyətin inkişafına, əməkdaşların akademik yazı bacarıqlarının təkmilləşdirilməsinə və beynəlxalq elmi mühitə inteqrasiyanın gücləndirilməsinə xidmət edir.