You are currently viewing MDU-nu seçəcək abituriyentlər, MDU ailəsinin bütün üzvləri üçün növbəti xoş xəbər

MDU-nu seçəcək abituriyentlər, MDU ailəsinin bütün üzvləri üçün növbəti xoş xəbər

Mingəçevir Dövlət Universitetini (MDU) seçəcək abituriyentlər, MDU ailəsinin bütün üzvləri üçün növbəti xoş xəbəri bölüşürük:

Mingəçevir Dövlət Universiteti (MDU) ilə qardaş Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Veli Üniversitesi (AHBVÜ) arasında əməkdaşlıq davamlı inkişaf edir.

Bu çərçivədə AHBVÜ-nin professoru Evren Güçer 2023/2024-cü tədris ilində MDU-da fəaliyyət göstərəcəkdir.

AHBVÜ-nin Turizm fakültəsinin dekan müavini və həmin fakültənin Rekreasiya turizminin idarə edilməsi bölümünün professoru olan Evren Güçer bir tədris ili müddətində MDU-da turizm üzrə kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsində, turizm ixtisasları üzrə tədrisin təşkili prosesinin təkmilləşdirilməsində və turizm sahəsində elmi tədqiqatların səmərəliliyinin artırılmasında fəal iştirak edəcəkdir.

Qardaş ölkənin təcrübəli mütəxəssislərinin MDU-da fəaliyyəti üçün göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinə və AHBVÜ-nin rəhbərliyinə təşəkkür edirik.

MDU yeni dövrün universitetinə çevrilir!