MDU-nun tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə qara kəmərin sahibi olub

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Bəxtiyar Mehdiyev Alpaqut Turan döyüş sənəti üzrə 1-ci san qara kəmərə layiq görülüb və müvafiq sertifikatla təltif edilib.

Qeyd edək ki, ölkə və dünya səviyyəli yarışlarda xüsusi texnika və bacarıqları ilə fərqlənən B.Mehdiyev Alpaqut Turan döyüş sənəti üzrə 3 qat Azərbaycan, 1 qat dünya və Avrasiya çempionluğunun və Azərbaycan Kubokunun qalibidir.

MDU-nun rektoru Şahin Bayramov B.Mehdiyevlə görüşüb, idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə onu təbrik edib və uğurlarının davamlı olmasını arzulayıb.

Göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirən B.Mehdiyev ölkəmizi və təhsil aldığı universiteti layiqli şəkildə təmsil etməkdən qürur duyduğunu bildirib və gələcək yarışlarda da qələbə qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.