Mingəçevir Dövlət Universiteti ilə ATİB arasında əməkdaşlıq tələbə və məzunlar üçün yeni imkanlar yaradır: Birliyə üzv 70 müəssisə və təşkilata çıxış

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında imzalanmış əməkdaşlığa dair Memorandum universitetin iş dünyası ilə əlaqələrinin genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişaf imkanlarının artırılması və əmək bazarına inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Memorandum çərçivəsində Mingəçevir Dövlət Universitetinin ATİB-ə üzv olan 70 müəssisə və təşkilatla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi, universitetin akademik və insan kapitalı potensialının biznes mühitinə təqdim olunması, eləcə də tələbə və məzunlar üçün təcrübə, karyera, məşğulluq, təlim, mentorluq və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq MDU tələbələrinin real sektorun tələbləri ilə daha yaxından tanış olmasına, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatlarla birbaşa əlaqələr qurmasına, istehsalat və xidmət sahələrində praktiki bilik və bacarıqlar qazanmasına şərait yaradacaq. Eyni zamanda, universitet məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların müvafiq ixtisas və bacarıqlarına uyğun müəssisələrlə əlaqələndirilməsi istiqamətində də yeni imkanlar formalaşacaq.

Bu tərəfdaşlıq MDU-nun “universitet–sənaye–cəmiyyət” əməkdaşlığı modelinin gücləndirilməsinə, tədris prosesinin əmək bazarının aktual ehtiyaclarına uyğunlaşdırılmasına, tələbələrin peşəkar mühitə erkən inteqrasiyasına və məzunlarla iş mexanizmlərinin daha səmərəli qurulmasına töhfə verəcək.

Qeyd edək ki, ATİB-ə üzv müəssisə və təşkilatlar iqtisadiyyatın müxtəlif sahələrini – telekommunikasiya, bank və maliyyə, sığorta, tikinti, sənaye, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları, turizm və hotelçilik, hüquq, konsaltinq, istehsal, xidmət və ticarət sektorlarını əhatə edir. Bu isə MDU tələbə və məzunları üçün çoxşaxəli inkişaf və karyera imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

ATİB-ə üzv müəssisə və təşkilatlar:

  1. Aztelekom
  2. Badamlı
  3. İnsun
  4. Qarabağ Agro
  5. 166 Yükdaşıma
  6. Akond Engineering
  7. Allsafe
  8. Altay Group
  9. Anadolu Vizyon Tanıtım Hizmetleri
  10. Aquavita
  11. AS İnşaat
  12. AVIS
  13. Construction
  14. Azersun
  15. ATB
  16. ADORE
  17. Bakcell
  18. Borusan CAT
  19. Mətanət A
  20. 19 Mayıs
  21. The Coca-Cola Company
  22. Delta Telecom
  23. EJOT
  24. Evrika
  25. Foto Xalça
  26. GEO Project
  27. Gizli Bahçe
  28. Gültekin
  29. Güvən
  30. Hilton Hotels & Resorts
  31. Hilton Garden Inn
  32. Huner Group
  33. Hyatt Regency
  34. ibis
  35. İmpotex Group
  36. İnci
  37. Intertek
  38. İstanbul Çarşı Import Export Ltd
  39. İFM
  40. Itera Caspian
  41. Kaspi Təhsil Şirkəti
  42. Kolin
  43. Lacivert
  44. Lotus Company
  45. MatrixPro
  46. MGM
  47. Nareks Automation
  48. Norma BMS
  49. Paşa Bank
  50. Paşa Sığorta
  51. Paşa Həyat
  52. PFM
  53. PMD Projects
  54. Positive Consulting
  55. Privet Group
  56. PwC
  57. Lalafo Həyat
  58. Radisson
  59. Seranit
  60. SB Group
  61. Sirab
  62. Tonnage Group
  63. Turan Legal & Tax Services
  64. Turkish Airlines
  65. Turquoise
  66. Ultra Technologies
  67. Upgrade Solutions
  68. Vira Group
  69. Yapı Kredi Bank Azərbaycan
  70. Ziraat Bank

Mingəçevir Dövlət Universiteti biznes sektoru ilə əməkdaşlığı genişləndirməklə tələbə və məzunların praktiki bacarıqlarının inkişafına, məşğulluq imkanlarının artırılmasına və universitetin regional inkişafda rolunun daha da gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.